Bakıda bıçaqlanan 37 yaşlı kişi ölüb

23:40 01-01-2020 104

Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Dövlətov İlkin İbrahim oğlu naməlum şəxslə mübahisə zəmnində bıçaqlanaraq ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Lakin həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli