Polis arvadını döyən kişini güllələdi

00:40 02-01-2020 483

Rusiya Federasiyasının Sverdlov əyalətində ailə münaqişəsi ilə bağlı şikayət əsasında evə gələn polis əməkdaşı bir nəfəri güllələyib. Bu barədə “İnterfaks” məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kamışlov şəhər sakini dekabrın 31-də polisə ərinin onu döyməsi ilə bağlı ərizə ilə müraciət edib. Hadisə yerinə gələn polis orqanları əməkdaşlarını sərxoş ər qarşılayıb. Sərxoş kişi əlindəki dəmir alətlə polisi hədələyib.

Qeyd olunur ki, polis işçisi kişiyə atəş açacağı ilə bağlı xəbərdarlıq edib. Hətta o, havaya xəbərdaredici atəş də açıb. Lakin bu, kişini saxlamayıb. Polis məcburiyyət qarşısında kişiyə atəş açmalı olub. Yaralını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.