Trampın vəkili impiçment işi üzrə ifadə verməyə hazırdır

05:00 02-01-2020 454

ABŞ Prezidenti Donald Trampın vəkili Rudolf Culiani Senatda ölkə liderinin impiçmenti ilə əlaqədar təhqiqat çərçivəsində ifadə verməyə hazır olduğunu bildirib. 

ABC telekanalının məlumatına əsasən, bu barədə Culiani Floridada ABŞ prezidentinin malikanəsində jurnalistlərlə söhbəti zamanı vurğulayıb.

“Mən ifadə verərdim”, - deyə Trampın vəkili qeyd edib.

Culiani ehtimal edib ki, Trampın hakimiyyətdən uzaqlaşdırılmasına nail olmaq istəyən siyasi rəqiblərinə də qarşı ittihamlar irəli sürmək olardı.

O, bu prosesdə ABŞ liderinin maraqlarını müdafiə etməyə hazırlığını da vurğulayıb.

“Mən məmnuniyyətlə bu işlə məşğul olardım”, - deyə vəkil bildirib.