ABŞ elektron siqaretlərlə bağlı qadağa qoya bilər

07:00 02-01-2020 438

ABŞ Prezidenti Donald Trampın administrasiyası elektron siqaret üçün ətirli qarışıqların bir hissəsinin satışını qadağan etməyə hazırlaşır.

Bu barədə CNN telekanalı yazır.

Kanalın mənbəyinin sözlərinə əsasən, yeni normalar haqqında yaxın zamanlarda məlumat veriləcək. Qadağanın mentol və tütün aromatik əlavəli qarışıqlara aidiyyəti olmayacağı gözlənilir.

Telekanalın məlumatına görə, administrasiyada hesab edirlər ki, bu məhsulların əlavə tədqiqini aparmaq lazımdır. Bundan sonra, qeyd edilən qarışıqlardan bəzilərinin satışına yenidən icazə verə bilər.

Qeyd ki, 2019-cu ilin sentyabrında ABŞ hakimiyyəti daha sərt tədbirlərin görülməsi imkanını nəzərdən keçirib. Onlar tütün-aromatik əlavəli məhsullardan başqa, elektron siqaret üçün bütün qarışıqların satışını qadağa edə bilərdilər. Telekanalın məlumatına görə, Trampın məsləhətçiləri ona bildiriblər ki, bu addım seçicilər arasında populyarlığına mənfi təsir göstərə bilər.