Dəhşətli atışmada 2 nəfər öldü - ANBAAN VİDEO

10:00 02-01-2020 495

Türkiyənin İzmir şəhərində silahlı insident baş verib.

“Haber Global”ın məlumatına görə, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.

Atışma naməlum şəxslərin avtomobilə atəş açması nəticəsində başlayıb. Atışma zamanı təsadüfən ərazidən keçən motosiklet idarə edən kuryer və daha bir nəfər yaralanıb.

Xəstəxanaya çatdırılanların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başladılıb.