Bakıda 71 yaşlı kişi mənzilində ölü tapıldı

18:40 02-01-2020 567

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub ki, Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Orada aşkarlanan 1948-ci il təvəllüdlü Mamedov İsmət Mamed oğlunun meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.