Hərbi təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

14:00 03-01-2020 425

Şri-Lankaya məxsus hərbi təyyarə qəzaya uğrayıb.

“Ada Derana”nın xəbərinə görə, Şri-Lanka Hərbi Hava Qüvvələrinə məxsus “Y-12” hərbi təyyarəsi ölkənin cənubunda yerləşən Uva əyalətində qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarənin göyərtəsində olan dörd hərbçi ölüb.

İlkin məlumatlara görə, qəza cümə günü səhər baş verib. “Hambantota” hərbi hava limanından havaya qalxan təyyarə dağlıq ərazidə qəzaya düşüb.

Qəzanın səbəbləri hələlik məlum deyil.