Pompeo: Süleymaninin ölümünə sevinən iraqlılar küçədə rəqs edir - VİDEO

15:20 03-01-2020 574

ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeo bildirib ki, Qasım Süleymaninin ölümünə sevinən iraqlılar küçədə rəqs edir.

O, Süleymaninin öldürülməsinə münasibətini “Twitter” hesabında belə ifadə edib:

“Azadlığı dəstəkləyən iraqlılar küçələrdə rəqs edirlər. General Süleymaninin artıq olmadığına görə minnətdarlıq bildirirlər”.

Eyni zamanda, Pompeo küçələrdə İraq bayraqlarını daşıyaraq qaçan insanları əks etdirən video da yayıb.