Oğlunun sevgilisinin ürəyini yedi - FOTO

16:20 03-01-2020 445

Nigeriyada bir qadın ayin icra edərək oğlunun sevgilisinin ürəyini və sinəsini yeyib.

“Daily Star”ın xəbərinə görə, Laqos Universitetinin Sosiologiya fakültəsində oxuyan 22 yaşlı Favor Daley-Oladelenin valideynləri ötən ilin dekabr ayının əvvəlində polisə qızlarının itkin düşdüyünü deyiblər.

Polisin araşdırması zamanı məlum olub ki, tələbə ilə görüşən 23 yaşlı gənc Ovolabi Adeeko onu bir hotelə aparıb, narkotik verdikdən sonra isə yerli kilsələrdən birinə aparıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, orada Adeeko qızın başına zərbə vuraraq onu öldürüb.

Daha sonra kilsədəki dini xadim Sequn Filip qızın boğazını kəsərək, daxili orqanlarını və ürəyini çıxarıb.

Sonra Filip öldürülmüş qadının orqanlarından Adeeko və anası Bolaya sərvət gətirmək üçün yemək hazırlayıb.

Bola isə qızın öldürülməsi barədə heç bir şey bilmədiyini, oğlunun yeməyi mal və keçi ətindən hazırladığına inandığını iddia edib.

Ana və oğulun həbs edildiyi bildirilib.