Tələbə müəmmalı şəkildə öldü

18:20 03-01-2020 658

Türkiyənin İstanbul şəhərində tələbə müəmmalı şəkildə ölüb.

“Haber7”nin xəbərinə görə, “Türk dili və Ədəbiyyat” fakültəsinin 3-cü kurs tələbəsi Sibel Ünli itkin düşüb.

Valideynləri onun itkin düşməsi ilə bağlı polisə məlumat veriblər.

İki gündən sonra tələbənin cəsədi Samatya sahilində tapılıb. Dəniz sahilində qız çantası görən sakinlər bu barədə polisə məlumat veriblər. Cəsədin 20 yaşlı Sibel Ünliyə aid olduğu müəyyənləşib.

Cəsəd ekspertiza üçün morqa göndərilib.