Fransa səfirliyi Azərbaycandakı vətəndaşlarına xəbərdarlıq etdi

20:00 03-01-2020 564

Fransa səfirliyi Azərbaycanda yaşayan vətəndaşlarına xəbərdarlıq edib. 

Fransanın Azərbaycandakı səfirliyinin rəsmi “Facebook” səhifəsində bu barədə məlumat yer alıb. Məlumatda deyilir:  

“İraqda baş verən son hadisələrdən sonra Fransa səfirliyi Azərbaycanda yaşayan və bu ölkədə səyahətdə olan fransızları yüksək sayıqlıq göstərməyə çağırır”.