Süleymaninin dəfn yeri və vaxtı bəlli oldu

23:20 03-01-2020 373

İraqda ABŞ-ın hücumu nəticəsində öldürülən İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin cənazəsi bazar günü İranın Kirman şəhərində dəfn ediləcək.

İranın “Mashreghnews” xəbər saytının məlumatına görə Süleymaninin ailəsindən verilən yazılı açıqlamada iranlı general üçün ilk vida mərasiminin sabah İraqın paytaxtı Bağdadda keçiriləcəyi bildirilib.

Bağdaddakı mərasimdən sonra cənazə Tehrana aparılacaq. Tehran Universitetində bazar günü İranın Ali rəhbəri Əli Xameneinin də iştirak edəcəyi ikinci vida mərasimi keçiriləcək.

Bundan sonra cənazə Süleymaninin doğma şəhəri Kirmana dəfn üçün aparılacaq.