Tramp Süleymanini “dünyanın bir nömrəli terrorçusu” adlandırdı

01:40 04-01-2020 337

ABŞ Prezidenti Donald Tramp ötən gün öldürülən general Qasım Süleymanini “dünyanın bir nömrəli terrorçusu” adlandırıb. O, Süleymanini amerikalı diplomat və hərbçilərə hücum planı hazırlamaqda ittiham edib.

Tramp televiziya ilə çıxışı zamanı qeyd edib:

“Ötən gecə ABŞ hərbçiləri mükəmməl dəqiq zərbə endirdilər. Nəticədə dünyanın bir nömrəli terrorçusu Qasım Süleymani öldürüldü”.

Qeyd edək ki, Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində general Qasım Süleymani, Əbu Mehdi əl-Mühəndisi ilə bərabər, on beş nəfər öldürülüb.