47 yaşlı Kemeron Diaz ilk dəfə ana oldu

06:00 04-01-2020 648

Amerikalı aktrisa Kemeron Diaz ilk övladını dünyaya gətirib.

Bununla bağlı Hollivud ulduzu özünün “Instagram” səhifəsində paylaşım edib.

Diaz qeyd edib ki, qızının şəklini paylaşmayacaq, eləcə də övladı haqqında əlavə məlumat verməyəcək. 

“Bircə onu deyə bilərəm ki, o, çox gözəldir”, - deyə aktrisa yazıb.

Kemeron Diaz ilə “Good Charlotte” rok-qrupunun gitaraçısı Benci Medden qızlarına Reddiks adı veriblər. 

Xatırladaq ki, Diaz və Medden 2015-ci ilin yanvarında evləniblər. O zaman məşhur akrisanın artıq 43 yaşı var idi. Daha öncə isə Kemeron ailə qurmamışdı.