“Atletiko” və “Barselona” arasında Qrizmann davası başlayır

02:54 06-07-2019 701

Madridin “Atletiko” komandasının  rəhbərliyi Antuan Qrizmann və Kataloniya “Barsselona”sını hörmətsizlikdə ittiham edib. 

Lenta.ru məlumat verir ki, klubun mövqeyi rəsmi saytında verilib.

Madridlilər hesab edirlər ki, hələ mövsüm bitməmiş  Qrizmannla fərdi müqavilənin detallarını müzakirəyə başlamaqla, oyunçularla danışıqlar dövrünün şərtlərini pozmuş olublar. Buna görə də, “Atletiko” kataloniyalılara oyunçunun transfer olunması üçün ödənişə əlavə vaxt verməyə imtina ediblər, forvardın özünü isə mövsümöncəki hazırlıqlara çağırıblar.

“Bu press-relizdə “Atletiko” əsasən “Barselona” olmaqla  hər iki tərəfin rəftarına  ikrahla yanaşdığını bildirmək istəyir. Belə ki, klub oyunçunu  hələ mövsüm bitməmiş “Atletiko” ilə müqailəni pozmağa yola gətirirdi”, - deyə madridlilərin bəyanatında bildirilir.

Qeyd edək ki, iyunun 28-də “Barselona” Qrizmannı 120 mln avroya almağı barədə razılıq əldə etdiyini bildirmişdi.