Məzahir Pənahov qeydə alınan deputatlığa namizədlərin sayını açıqladı

14:00 04-01-2020 682

Növbədənkənar parlament seçkilərində iştirak üçün qeydə alınan siyasi partiyaların sayı açıqlanıb.

HerGun.Az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında məlumat verilib.

İclasda Vahid Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Beləliklə, seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 20-ə çatıb.

MSK sədri Məzahir Pənahov iclasda deyib ki, ümumilikdə 285 nəfər deputatlığa namizəd qeydə alınıb.

Qeyd edək ki, fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.