Xəzər rayonunda qadın tanışını bıçaqladı

05:36 06-07-2019 849

Xəzər rayonunda qadın 40 yaşlı kişini bıçaqlayıb. 

HerGun.Az bildirir ki, hadisə Buzovna qəsəbəsi, İmanov küçəsində baş verib. 1979-cu il təvəllüdlü Vasilyev Aleksey Viktoroviç Fatma adlı tanıdığı qadın tərəfindən bıçaqlanıb. 

Yaralı ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb. 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli 

Elşad Mətləboğlu