“MTV Azərbaycan”dan Rəhim Rəhimlinin işdən çıxarılması ilə bağlı AÇIQLAMA

14:20 05-01-2020 497

“MTV Azərbaycan” telekanalı müğənni Rəhim Rəhimlinin direktor vəzifəsindən uzaqlaşdırılması xəbəri ilə bağlı məlumat yayıb.

HerGun.Az xəbər verir ki, telekanaldan verilən məlumata görə, Rəhim Rəhimlinin vəzifəsindən getdiyi barədə yayılan xəbərlər dezinformasiyadır və məlumat dəqiqləşdirilmədən yayılıb.

“Rəhim Rəhimlinin “MTV Azərbaycan” telekanalının Yeni il proqramında iştirak etməməsi bəstəkar-müğənninin Moskva şəhərində dövlət tədbirində çıxışı ilə bağlı olub. Rəhim Rəhimli hazırda telekanalın direktoru vəzifəsində öz işini davam etdirir”.

Qeyd edək ki, müğənni Rəhim Rəhimlinin “MTV Azərbaycan” telekanalının rəhbəri vəzifəsindən getdiyi, onun yerinə isə müxtəlif vaxtlarda ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışan Həsən Abdullayevin təyin edildiyi barədə məlumatlar yayılıb.

Xatırladaq ki, R.Rəhimli 2018-ci ilin iyunundan kanalın direktoru vəzifəsini icra edir.

Rəşad Əliyev