Süleymaninin tabutu ABŞ istehsalı olan avtomobillə aparılıb

19:00 05-01-2020 385

ABŞ-ın hava hücumu nəticəsində öldürülən İran generalı Qasım Süleymaninin nəşi Amerika istehsalı olan “Chevrolet” markalı maşında aparılıb. Bu fakta sosial şəbəkə istifadəçiləri diqqət yetiriblər.

Qeyd edək ki, Süleymani ilə vida mərasimi yanvarın 4-də Bağdadda keçirilib. Vida mərasimində minlərlə insan iştirak edib. Daha sonra Süleymaninin nəşi İrana aparılıb. Öz vətənində də mərhum generalla vida mərasimi keçirilib.

İran televiziası IRIB Dövlət bayrağına bükülmüş tabutun hərbi orkestrin müşaiyəti ilə təyyarədən endirildiyini birbaşa yayımlayıb.