İran ABŞ-ın hərbi obyektlərinə zərbə endirəcək

21:00 05-01-2020 354

İran general Süleymaninin öldürülməsinə cavab olaraq, ABŞ-ın hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır. Belə iddia ilə CNN-in efirində İran Ali lideri Əli Xameneinin məsləhətçisi Hüseyn Deqan çıxış edib.

O gələcək haqqında proqnoz verərək bildirib:

“Müharibəni Amerika başladı. Ona görə də, onlar hərəkətlərinin məqsədəuyğun nəticəsinə hazır olmalıdırlar. Bu müharibə dövrünə son qoymağın yeganə yolu ABŞ-ın bizə dəyən zərbəyə bərabər zərbə alması ola bilər”.

İran diplomatı qeyd edib ki, cavabları şübhəsiz ki, hərbi olacaq və birbaşa ABŞ-ın hərbi obyektlərinə yönələcək. Bununla bərabər, o bildirib ki, İran hökuməti heç vaxt müharibəyə can atmayıb və atmayacaq da.