İrandan şok qərar: “Nüvə razılaşması ilə bağlı heç bir öhdəliyə əməl etməyəcəyik”

23:20 05-01-2020 353

İran uranın zənginləşdirilməsi üçün nüvə başlıqlarının sayını məhdudlaşdırmağa dair sazişdən imtina edir.

RİA Novosti xəbər verir ki, bu barədə İran hökumətinin bəyanatında deyilir.

Tehran bildirib ki, bu, birgə hərtərəfli fəaliyyət planında “əsas praktik məhdudiyyətlərdən sonuncusu”dur. Bununla yanaşı, hökumət əlavə edib ki, ölkə MAQATE ilə əməkdaşlığını davam etdirəcək və sanksiyalar aradan qalxacağı halda öhdəliklərin yerinə yetirilməsinə qayıtmağa hazırdır.