“Roqatka”ya minən uşaq yerə çırpıldı - VİDEO

02:00 06-01-2020 443

Qazaxıstanın Almatı şəhəri yaxınlığındakı Kok-Tobe dağında quraşdırılmış attraksionda bədbəxt hadisə baş verib.

Ren.tv xəbər verir ki, “Roqatka” adlı attraksiondan istifadə edərkən ipin qırılması nəticəsində azyaşlı yerə çırpılıb.

Dərhal xəstəxanaya çatdırılan oğlanın bədənində çox sayda sınıqlar qeydə alınıb. Həkimlər onun vəziyyətini stabil qiymətləndirib.