UEFA “Trabzonspor”u avrokuboklardan kənarlaşdırdı

09:00 06-07-2019 1069

UEFA-nın klublara Maliyyə Nəzarəti üzrə Məhkəmə Palatası İnstansiyası Türkiyənin futbol komandası “Trabzonspor”un 20 may 2016-ci ildə imzalanmış sazişin şərtlərini yerinə yetirmədiyini bildirib.

UEFA-nın rəsmi saytında bildirilir ki, bununla bağlı olaraq, qurum “Trabzonspor”un 2020/21 və 2021/22 mövsümlərində avrokuboklarda iştirakının dayandırılması ilə bağlı qərar verib.

Qeyd olunub ki, klub 15 oktyabr 2019-cu ilə qədər borcun restrukturlaşdırılması üzrə yeni milli qaydaları tətbiq etdiyi və maliyyə monitorinqi ilə yanaşı 2019-cu il üçün irəli sürülən maliyyə şərtlərini də yerinə yetirdiyi təqdirdə cəza aradan qaldırılacaq.