Ukrayna Türkiyənin yeni hərbi PUA-ları üçün 500 mühərrik tədarük edəcək - FOTO

04:00 06-01-2020 384

Ukraynanın “İvçenko-Proqress” şirkəti Türkiyə Silahlı Qüvvələri üçün pilotsuz uçuş apparatları (PUA) üçün 500 mühərrik tədarük edəcək.

“Defense Express” xəbər verir ki, razılaşmanın ümumi dəyəri təxminən 600 milyon dollar təşkil edir.

Məlumata əsasən, “Aİ-450” mühərrikləri yeni “Akıncı” PUA üçün, “Aİ-25” mühərrikləri isə perspektiv pilotsuz qırıcı üçün nəzərdə tutulub. Mühərriklərin tədarükü 2021-2030-cu illərdə baş tutacaq.

Qeyd edək ki, “Akıncı”nın ilk sınaq uçuşu 2019-cu il dekabrın 6-da keçirilib. PUA səmada 16 dəqiqə uçuşdan sonra avtomatlaşdırılmış eniş edib.