Dağıstanda üç nəfər dəm qazından zəhərlənərək öldü

05:00 06-01-2020 722

Dağıstanın Qızılyurt şəhərində dəm qazından zəhərlənmə nəticəsində üç nəfər ölüb.

Bu barədə yerli FHN-ə istinadən “RİA Novosti” xəbər verir.

Məlumata əsasən, olənlər arasında 2018-ci il təvəllüdlü uşaq da olub.

Zəhərlənmə mənzildə nasaz baca ucbatından baş verib.

Dağıstan üzrə İstintaq Komitəsi faktla bağlı araşdırma aparır, hadisənin təfərrüatları dəqiqləşdirilir.