Qəzaya düşmüş motosikletçiyə ilk yardımı Yıldırım etdi - VİDEO

21:45 17-06-2019 741

İstanbulda yol qəzasına düşmüş motosikletçinin yardımına Binəli Yıldırım gəlib.

A haber-in məlumatına görə, İyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində namizəd olan Binəli Yıldırım qəzaya düşən vətəndaşa yardım edib.

 O, motosiklet sürücüsünün qəza keçirdiyini görüb, xidməti avtomobilini saxladıb. Yıldırımın həkimi yaralı sürücüyə ilk tibbi yardım göstərdikdən sonra  o xəstəxanaya aparılıb.