“Sony” maşın təqdim edərək hamını təəcübləndirdi – FOTO

05:00 08-01-2020 921

“Consumer Electronic Show” (CES-2020) texnoloji sərgidə Yaponiyanın “Sony” şirkəti ilk dəfə olaraq maşın təqdim edib.  

BBC xəbər verir ki, “Vision-S” elektromobili tədbir iştirakçılarını təəcübləndirib.

Maşın “Sony” şirkətinin texnoloji yeniliklərini nümayiş etdirmək üçün nəzərdə tutulub. Burada 33 müxtəlif sensor, bir neçə monitor və həcmli səsə malik musiqi sistemi quraşdırılıb, həmçinin internetə fasiləsiz qoşulma təmin edilib.

“Biz avtosənayenin gələcəyinə öz töfhəmizi vermək üçün səylərimizi artıracağıq”, - deyə “Sony”nin icraçı direktoru Kenitiro Yoşida bildirib.

Maşının xüsusiyətlərindən – sürücü və sərnişinlərin şəxsiyyətini təsdiqləmə funksiyasını da qeyd etmək olar.