AĞCABƏDİDƏ 14 ŞƏHİDİN ANIM GÜNÜ KEÇİRİLİB

22:02 08-01-2020 698

Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki Şəhidlər Xiyabanında qəsəbənin bir gündə şəhid olan 14 şəhidinin anım günü keçirilib. 1994-cü il yanvarın 4- də Ağdam-Füzuli yolunu bağlamaq tapşırığı alan dəstə tapşırığa uyğun olaraq öncədən müəyyən olunan yerə çatırlar. Səhəri gün erməilərin həmin istiqamətdə daha çox qüvvə yığması aşkarlanır. Ermənilərin dəstə üzvülərinin orda olması aşkar etməsilə başlayan atışma bir neçə saat davam edir. Qeyri-bərabər qüvvələr nisbətində gedən döyüşdə düşmən tərəfdən xeyli canlı qüvvəni məhv edirlər. Həmin döyüşlərdə Etibar İsmayılov düşmən tərəfdən gələn zirehli txnikanın altına özünü ataraq məhv edir. Yalnız bundan sonra, mühasirədən çıxa bilirlər. Bu gün münasibətilə təşkil edilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ilk olaraq milli qəhəman Etibar İsmayılovun qəsəbə 1 saylı tam orta məktəbin qarşısında olan büstü önünə gül dəstələri qoyublar. Daha sonra qəsəbə şəhidlər xiyabanına gələn iştirakçılar respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının məzarları üzərinə tər çiçəklər qoyub, xatirələrini ehtiramla yad ediblər. Çıxış edənlər həmçin günün dəhşətlərindən söz açıbnlar. O da bildirilib ki, həmin döyüşdə yəni, 1994-cü il yanvarın 4-də mühasirəyə düşən dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü düşmən tankının altına atan Etibar İsmayılov onu ekipajla birlikdə məhv edib, özü də şəhidlik zirvəsinə ucalıb. Mühasirəni yarmağa müvəffəq olan əsgərlərimizin həmin döyüşdə xeyli itgi veriblər. Həmin şəhidlərimizdən 14 nəfəri bir qəsəbənin sakinləri olublar. Tədbir iştirakmçıları bildiriblər ki, onların əziz xatirəsi tək bu gün deyil, hər zaman ürəklərdə əbədi olaraq yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin!

Daşqın Güneyli