Türk aparıcı azərbaycanlı müğənninin qəmli mahnısına belə oynadı - VİDEO

00:20 09-01-2020 566

El şənlikləri və toyların sevilən iştirakçısı, tanınmış müğənni Vüsal Əliyev Tükiyənin “Show TV” kanalında yayımlanan “Kendine iyi bak” verilişində qonaq olub.  

HerGun.Az xəbər verir ki, ifaçı oxuduğu 160-dan çox mahnının 140-nın musiqisinin, 120-nin isə sözlərinin ona məxsus olduğunu və 40-a yaxın bəstəsini həmkarlarına satdığını bildirib.  

Proqramın aparıcısı Ebru Akel ilə həmsöhbət olan müğənni daha sonra “Show TV”nin canlı efirində “Bəxtsiz gəlin” mahnısını səsləndirib.  

Mahnı qəmli olsa da, bəstə Ebrunun sümüyünə düşdüyündən, o, yerindəcə qol qaldırıb, o ki var rəqs edib.  

Rəşad Əliyev