Veteran futbolçumuz vəfat edib

13:09 06-07-2019 1079

“Neftçi”nin 59 yaşlı veteran futbolçusu Ələddin Ələkbərov dünən vəfat edib.

HerGun.Az xəbər verir ki, Ə.Ələkbərov 1980-1984-cü illər ərzində paytaxt klubunun heyətində yarımmüdafiəçi mövqeyində 64 oyun keçirib, iki qol vurub.

Qeyd edək ki, mərhumun dəfn mərasimi bu gün saat 15:00-da Biləcəri qəsəbəsində olacaq.