ABŞ Dövlət departamenti: Türklər səhv istiqamətdə hərəkət etməyə davam edirlər

03:00 10-01-2020 389

Türkiyə bütün cəhdlərə baxmayaraq Rusiya istehsalı olan silahları, o cümlədən S-400 ZRK-lərdən imtina etmək istəmir.

“İnterfaks” xəbər verir ki, bunu ənənəvi brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Vaşinqton və Ankara arasında olan ziddiyətlərdən dəyişməyən bir məqam varsa oda türklərin səhv istiqamətdə hərəkət etmələrinə davam etmələridir”, - deyə ABŞ rəsmisi bildirib.

Onun sözlərinə görə, ABŞ-ın təkidinə səbəblərdən biri də NATO üzrə müttəfiq olan Türkiyədə tikilən hərbi bazalara milyonlarla vəsaitin xərclənməsidir. Rusiya silahlarına görə, Türkiyə müəyyən imtiyazlardan, o cümlədən F-35 qırıcılarından məhrum edilib.

ABŞ diplomatı onu da bildirib ki, iki ölkə arasında hərbi sahədə öhdəliklər var və bu Vaşınqtonla Ankaranın münasibətlərinə müsbət təsir göstərə bilər.