Rusiyanın ən varlı qadınlarından biri Qərbə doğru “ekspansiya”ya başladı

05:00 10-01-2020 357

Rusiyanın ən varlı qadınlarından biri olan Tatyana Bakalçuk Qərbə doğru ticari ekspansiyaya başlayıb.

“Lenta.ru” xəbər verir ki, qadına məxsus “Wildberries” internet-maqazası Polşada satışlara başlayıb.

“Polşada satışların açılması bizim beynəlxalq strategiyamızın tərkib hissəsidir. Rusiya istehsalçıları “Wildberries” səyəsində yeni iri bazara çıxış əldə etdilər”, - deyə şirkətin inkişaf üzrə direktoru Vyaçeslav İvaşenko bildirib.

Daha əvvəl “Wildberries” Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanda satışlar həyata keçirib və rəğbət qazanıb.

2019-cu ilin dekabrında “Forbes” jurnalı Tatyana Bakalçuku dünyanın 10 görkəmli yeni milyarderi siyahısına daxil edib. Onun varidatı bir milyard dollar təşkil edir.