“CinemaPlus Amburan Mall”da “Kino Gecəsi” olacaq - VİDEO

14:45 06-07-2019 766

İyul ayının 6-dan 7-nə keçən gecə “CinemaPlus Amburan Mall” kinoteatrında üç filmin nümayişi ilə “Kino Gecəsi” keçiriləcək.

Saat 23:00-dan səhər saat 07:00-dək qonaqlara “Yaraşıqlı, pis, əclaf”, “Anonim qatillər klubu” və “Stokholmda bir gün” filmləri nümayiş olunacaq.

Bütün gecəni səhərədək  DJ-in dinamik musiqisi, alkoqol və alkoqolsuz içkilər olacaq. 

Biletin qiyməti: 15 AZN. VIP 25 AZN.