Ermənistan Krıma müntəzəm uçuşlar təşkil edən ilk dövlət olacaq

08:20 10-01-2020 348

Ermənistan dünya dövlətləri arasında ilk dəfə Krım yarımadası ilə qarşılıqlı müntəzəm uçuşlar təşkil edəcək.

“RİA Novosti” xəbər verir ki, Yerevan-Simferopol aviareysləri bu ilin mart ayından başlayacaq.

Uçuşları həyata keçirəcək “İkar” aviaşirkəti artıq bununla bağlı icazə alıb.

Hazırda tərəflər arasında uçuş cədvəlinin uyğunlaşdırılması, həmçinin aeroportların razılaşdırılması prosesi həyata keçirilir.