Kraliça Elizabetə daha bir zərbə: Oğlu ilə ölkəni tərk etdi

13:40 10-01-2020 370

Böyük Britaniyada kral ailəsində qalmaqallar bitmək bilmir. Dünən krallığın imtiyazlarından imtina edən Meqan Markl bu gün oğlunu da götürərək Kanadaya gedib.

Bu barədə “Haber-7” məlumat yayıb.

Qeyd edək ki, şahzadə Harri və Meqan Markl cütlüyü altı həftəlik istirahətdən qayıtdıqdan sonra krallıq imtiyazlarından imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək istədiklərini bildiriblər. Aylarla fikirləşdikdən sonra bu qərara gəldikdlərini açıqlayan cütlük bundan sonra vaxtlarını Britaniya və Şimali Amerikada keçirəcəklərini bəyan ediblər.

Ailə üzvləri ilə məsləhətləşmədən verilən bu qərar Kraliça II Elizabeti və ailənin digər üzvlərini şoka salıb. 

İngiltərə mediası bu addımı Şahzadə Harri və xanımı ilə Kraliyyət ailəsinin digər üzvləri arasında böyük “çat” yaranmasının göstəricisi hesab ediblər. 

Xatırladaq ki, Kraliça II Elizabetin Milad çıxışı əsnasında da masasında Harri və Meqan cütlüyünün fotosunun olmaması diqqət çəkmişdi.