Qazaxıstan hökuməti təyyarə qəzası ilə bağlı maraqlı səbəb açıqladı

15:40 10-01-2020 381

Qazaxıstanın “Bek Air” təyyarəsinin qəzaya uğramasına səbəb onun buzlaşması ola bilər.

TASS-ın məlumatına görə, bu barədə Qazaxıstan Baş nazirinin müavini Roman Sklyar brifinqdə bəyan edib.

“Meteoroloji  məlumatların və “qara qutunun” təhlilini nəzərə alaraq qəzanın əsas versiyası təyyarənin buzlanma variantıdır”, - deyə Sklyar bəyan edib. 

Komissiyanın məlumatlarından aydın olub ki, təyyarə buzlanma əleyhinə maye ilə qismən yuyulub: qanadlar bu məhlulla işlənməyib.

Məlum olub ki, bu, ilk belə hadisə deyil. Artıq bu yöndə tədqiqatlara başlanılıb.

Hazırda “Bek Air”in işi qeyri-müəyyən müddətə dayandırılıb. Yoxlamaların sonunda aviaşirkətin sonrakı taleyi barədə qərar veriləcək.

Xatırladaq ki, 2019-cu ilin dekabrın 27-də səhər “Bek Air” aviaşirkətinə məxsus təyyarə uçuşdan dərhal sonra qəzaya uğrayıb. Son məlumatlara görə qəza nəticəsində 12 nəfər ölüb, 67 nəfər yaralanıb. Ümumilikdə göyərtədə 93 sərnişin və beş heyət üzvü olub.