Rusiyada səkkiz il kanalizasiya quyusunda qalan iti Əli xilas etdi

15:45 06-07-2019 843

Rusiyanın Novıy Urenqoy şəhərində işçilər səkkiz il kanalizasiya quyusunda qalan iti xilas ediblər.

Gazeta.ru xəbər verir ki, həmin it hələ küçük olarkən beton boşluğa düşüb və oradan çıxa bilməyib.

Şəhər sakinləri də heyvanı dəlikdən çıxara bilməyiblər. Yerli əhali bütün bu müddət ərzində quyuda qalan itə yem veriblər.  

Lakin Əli adlı kişi heyvanı xilas etmək qərarına gəlib. Əli zavodun ekskavatorçusu ilə razılığa gəldikdən sonra o, kanalizasiyanın beton divarının yanındakı quyunu qazıb. Əli ardınca divarda deşik açaraq iti xilas edib.

Heyvanda qıcıqlanma və seboreya tapılıb, lakin ümumi vəziyyəti yaxşıdır. O, Əlinin simasında yeni sahib tapıb.