Oğru mağazaya hücum edib satıcını vəhşicəsinə döydü - VİDEO

19:20 10-01-2020 427

Rusiyanın Orenburq şəhərində mağazanın satıcısını vəhşicəsinə döyərək kassadan pul oğurlayan cinayətkar saxlanılıb.

Ren.tv məlumat verir ki, müşahidə kameralarına düşən görüntülərdə soyğunçunun satıcıya hücum edərək başından zərbələr endirdiyi görünür.

Zərərçəkən müvazinətini itirib yerə yıxılandan sonra da cinayətkar təpiklə onu vurmaqda davam edir. Satıcının tərpənmədiyinə əmin olandan sonra isə o, kassadan pulları oğurlayıb hadisə yerindən uzaqlaşır.

Zərərçəkən şəxs yalnız bundan sonra özündə güc taparaq ayağa qalxıb ətrafdakıları köməyə çağırır.