Müdafiə naziri: Orduda bütün infrastrukturun yenilənməsi gələn il tam başa çatdırılacaq

14:20 11-01-2020 558

Ötən ildə hərbi qulluqçuların xidməti fəaliyyətinin və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli sayda hərbi obyektlər istifadəyə verilib.

HerGun.Az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 11-də keçirilən xidməti müşavirədə deyib.

O, bu işlərin cari ildə də davam etdiriləcəyini qeyd edib: 

“Ali Baş Komandanın tapşırığına əsasən, 2021-ci il də daxil olmaqla Azərbaycan Ordusunun bütün infrastrukturunun yenilənməsi prosesi tam başa çatdırılacaq”.