Qonşusunun təsərrüfatına qənim kəsilən şəxs saxlanılıb - VİDEO

06:40 12-01-2020 637

Cəlilabad rayonunda qonşularının təsərrüfatına qənim kəsilən şəxs saxlanılıb.

Belə ki, rayon sakini Axundov Daşdəmir Adış oğlu ona məxsus təsərrüfatdan iki baş xırdabuynuzlu heyvanın oğurlanması barədə Cəlilabad rayon Polis İdarəsinə məlumat verib. 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Bağırov Aqil Şamil oğlu saxlanılıb. 

Saxlanılan şəxs oğurladığı heyvanların kimə məxsus olduğunu sonradan bilib. O, peşmançılıq çəkdiyini bildirib. Bundan sonra onun əməlinə qanun çərçivəsində baxılacaq.

Ümumi dəyəri 800 manat olan beş qoyunu oğurlamaqda təqsirləndirilən Bağırovun bundan başqa analoji hadisələrdə iştirak edib-etməməsi ilə bağlı araşdırma aparılır.