“YouTube” Azərbaycanlı kanal sahibini “Qızıl düymə” ilə mükafatlandırdı - VİDEO

14:00 12-01-2020 473

Azərbaycanda ilk dəfə bir “YouTube” kanalın sahibi şirkət tərəfindən “Qızıl düymə” (Gold Button) ilə mükafatlandırılıb. 

HerGun.Az xəbər verir ki, bu, bir milyon izləyici sayını keçən müğənni Üzeyir Mehdizadədir.  

Bununla bağlı şəxsi kanalından video yayımlayan müğənni şirkətdən göndərilən “Qızıl düymə” plaketini izləyicilərinə təqdim edib. 

Qeyd edək ki, “YouTube” rəhbərliyinin 2012-ci ildə verdiyi bir qərarla istifadəçilərin kanallarının izləyici sayına görə onlara müxtəlif mükafatlar verilir.  

Belə ki, izləyici sayı 100 mini keçən istifadəçilərə “Gümüş düymə”, bir milyonu keçənlərə “Qızıl düymə”, 10 milyonu keçənlərə “Brilyant düymə”, 50 milyonu keçənlərə isə “Rubin düymə” hədiyyə olunur.