İran Britaniya səfirinin həbsinə aydınlıq gətirdi: Səhvən saxlanılmışdı

18:00 12-01-2020 460

İran Britaniya səfirinin saxlanılması ilə bağlı rəsmi açıqlama yayıb. 

HerGun.Az xəbər verir ki, bu barədə Xarici İşlər nazirinin müavini Abbas Arakçi özünün “Twitter” səhifəsi vasitəsilə məlumat yayıb. 

O bildirib ki, Böyük Britaniyanın bu ölkədəki səfiri Rob Makeyr qanunsuz nümayişdə naməlum əcnəbi kimi saxlanılıb. 

“O, qanunsuz aksiyada naməlum əcnəbi kimi saxlanmışdı. Polis mənə saxlanılan şəxsin Böyük Britaniyanın səfiri olduğunu iddia etdiyini bildirdikdə dedim ki, “Ola bilməz!” 

Yalnız onunla telefon söhbətimdən sonra tanıdım. Bu şəxsin səfir olduğu bəlli olduqdan on beş dəqiqə sonra sərbəst buraxıldı”. 

Qeyd edək ki, bu məsələ ilə bağlı açıqlama verən İngiltərə Xarici İşlər Naziri Dominik Raab səfirin bu şəkildə həbs edilməsini beynəlxalq hüququn dəhşətli şəkildə pozulması kimi dəyərləndirmişdi.