Merih Demiral vacib görüşdə seçilməyi bacardı - VİDEO

01:00 13-01-2020 451

İtaliya A Seriyasında turun mərkəzi görüşü olan “Roma” - “Yuventus” oyununda hesab erkən açılıb.

Türkiyə yığmasının müdafiəçisi Merih Demiral qarşılaşmanın üçüncü dəqiqəsində fərqlənib. O, Dibalanın ötürməsindən sonra qol vurub.

Daha sonra M.Demiral zədələnərək oyundan çıxıb. Onu De Liqt əvəzləyib.

Qeyd edək ki, matç davam edir. Hesab 0-2 - qonaqların xeyrinədir.