Oğrunu tutmağa çalışan polis qatarın altına düşdü - ANBAAN VİDEO

01:40 13-01-2020 399

Cinayətkarı yaxalamaq üçün arxasınca qaçan ABŞ polisi qatarın altına düşüb və təsadüfən bu hadisəni videoya çəkib.

Bu barədə “The Atlanta Journal-Constitution” məlumat yayıb.

Corciya ştatının polis zabiti Endi Anderson oğurluqla bağlı həyəcan siqnalını eşidən kimi hadisə yerinə yollanıb. Orada bir nəfərin əlində televizor aradan çıxmaq istədiyini görüb.

Anderson cinayətkarın arxasınca düşüb. Yaxınlaşan qatar siqnalını eşitsə də, əhəmiyyət verməyən polis vaxtında qaçmağı bacarmayıb. Maraqlısı budur ki, polis üzərində olan kamera ilə bütün baş verənləri çəkib.

Hazırda Anderson xəstəxanadadır. Onun altı qabırğası, dirsəyi, kürək sümüyü sınıb. Bundan başqa ona kəllə-beyin silkələnməsi diaqnozu da qoyulub.

Andersonun həmkarları oğrunun şəsiyyətini dəqiqləşdirə biliblər. 18 yaşlı Veyden Mouts hələ də axtarışdadır.