Bu gün Moskvada Liviyada düşmənçilik edən iki tərəfin görüşü keçiriləcək

05:40 13-01-2020 455

Liviya Milli Ordusunun komandanı, feldmarşal Xəlifə Haftar və Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarac yaxın zamanda Moskvaya gələcəklər.

RİA Novosti xəbər verir ki, bu barədə Liviyada münaqişənin həlli üzrə Rusiya kontakt qrupunun rəhbəri Lev Denqov bildirib.

“Onların ayrılıqda Rusiya rəhbərliyi və Türkiyə nümayəndə heyəti ilə görüşləri nəzərdə tutulub”, - deyə Denqov qeyd edib.

Ərəb KİV-nin məlumatına görə isə, Liviyada münaqişənin həllinə dair görüş artıq bu gün Moskvada keçiriləcək. Xəftar və Saracın arasında ikitərəfli görüş də istisna deyil.

Danışıqlarda BƏƏ və Misir müşahidəçi qismində iştirak edə bilərlər.