Onişenkodan Gürcüstanla bağlı qalmaqallı bəyanat

00:18 07-07-2019 650

Gürcüstanda mənə heykəl ucaldılmalıdır. Çünki onların şərabçılıq mədəniyyətini xilas etmişəm.

RİA Novosti xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Gennadi Onişenko bəyan edib.

Qeyd edək ki, bir müddət öncə “Rospotrebnadzor” Rusiyaya Gürcüstandan idxal olunan spirtli içkilərə nəzarətin gücləndirildiyini bəyan edib.

Bildirilir ki, 2014-cü ildən 2018-ci ilədək Gürcüstandan Rusiyaya göndərilən keyfiyyətsiz məhsulun həcmi 2,9 dəfə artıb.