Türkiyənin iki hərbçisi İraqın şımalında şəhid oldu

02:40 14-01-2020 369

Türkiyə Silahlı Qüvvələrinin iki döyüşçüsü İraqın şimalında atışma zamanı həlak olub.

“Anadolu” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Hadisə yanvarın 13-də Haftanin bölgəsində baş verib.

Terrorçuların hücumu nəticəsində Türkiyə Ordusunun çavuşu və təhlükəsizlik qarovulunun əməkdaşı şəhid olub.