Monteneqroda iki jurnalist qeyri dəqiq məlumata görə həbs edildi

03:20 14-01-2020 356

Monteneqroda iki jurnalist ölkədə yanlış informasiya yaydıqları üçün həbs olunublar.

“RİA Novosti” xəbər verir ki, həbs olunanlar müxalif “İN4S” və “Borba” portallarının redaktorları Qoyko Raiçeviç və Caren Jivkoviçdir.

Jurnalistlərin yaydığı məlumatda “Qoritsa” prezident villasında partlayışın baş verməsi bildirilib.

Sözügedən bina ölkədə rəsmi tədbirlər üçün istifadə olunur.

Polis rəsmi açıqlama verərək bildirib ki, villada əslində elektrik avadanlığı sıradan çıxaraq qısa qapanma yaradıb.

Müxalifət həbslərin söz azadlığına və jurnalist toxunulmazlığına xələl gətirmədiyini bildirərək onların azadlığa buraxılmasını tələb edir.