“Marvel” super qəhrəmanlar haqqında yeni filmini təqdim etdi - VİDEO
06:40 14-01-2020 491
“Sony” kinoşirkəti “Marvel” super qəhrəmanlar dünyasının yeni filmini - “Morbius”u təqdim edib.
Həkim Maykl Morbiusun rolunu məşhur Hollivud ulduzu Cared Leto ifa edib.
Süjetə əsasən Morbius nadir qan xəstəliyindən sağalmaq istəyir, lakin tədqiqatlar nəticəsində vampirə çevrilir.
2020-ci ilin iyulunda filmin ekranlara çıxması gözlənilir.