Bakıda qadının boğazını kəsərək öldürdülər

01:54 07-07-2019 66

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımova yaşadığı mənzildə qayını ilə mübahisə edib.

Sonra qayını onun boğazını bıçaqla kəsib. Hadisə nəticəsində A.Kazımova ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılıb.